Ziya Məmmədovun qardaşı oğlu həbs oluna bilər

14-05-2014, 13:22   
Ziya Məmmədovun qardaşı oğlu həbs oluna bilər
Dünən əməkdaşı Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı daxili işlər naziri Ramil Usubovla görüşən “Yeni Müsavat” qəzetinin baş redaktoru önəmli açıqlama verib.
Nazir F. İlqaroğlunu döyən idmançının tutulduğunu təsdiqləyib və bildirib ki, bu işdə sifarişçının Aynar Məmmədov olduğu təsdiqlənsə o, həbs ediləcək.
Rauf Arifoğlu deyib ki, R. Usubovla görüşdə ona DİN-in çıxılmaz durumda qalması barədə heç bir məlumat verilməyib:
“Söhbət açıq getdi. Mən fikirlərimi söylədim, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovdan şübhələndiyimi izahatlara cənab nazirə çatdırdım. O da dinlədi, müvafiq cavablar verdi. Bu cavablarda məni rahatsız edəcək məqam yox idi. İnanıram ki, F. İlqaroğluna qarşı cinayət sifarişini Aynar Məmmədovun verdiyi sübut olunsa, onu həbs edəcəklər. Buna həm də ona görə əminəm ki, bundan əvvəl Aynar Məmmədovun avto-xuliqanlıq etdiyi məlum olanda, onun avtomobilini cərimə meydançasına atmışdılar və mən bilən hələ də oradadır. Atası müdaxilə etmək istəsə də, heç nə edə bilməmişdi. İndi onun belə bir cinayəti etdiyi sübut olunsa, inanıram ki, qanunla müəyyən olunan cəzadan yaxa qurtara bilməyəcək. Nazirlə görüşümdən sonra bu barədə məndə bir əminlik yaranıb. Bu dəfə jurnalistlərə qarşı törədilən cinayət işi açılacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.