Goranboyda etiraz aksiyası

23-04-2015, 20:50   


Səfikürd və Tatarlı kəndinin sakinləri iki gün əvvəl Elektrik Şəbəkənin rəisi postuna təyin edilmiş Ziya adlı şəxsin hərəkətlərinə etirazlarını bildiriblər

Dünən Goranboy rayonunun Səfikürd kəndində sakinlər məmur özbaşınalığına etiraz olaraq aksiya keçiriblər. JAM.AZ-a xəbər verən kənd sakinləri bildiriblər ki, onlar Səfikürdün mərkəzində yerləşən dairəyə toplaşaraq, Goranboy rayon Elektrik Şəbəkəsinə rəis vəzifəsinə təyin edilmiş Ziya adlı şəxsin qeyri-qanuni hərəkətlərinə etiraz ediblər.

Onların bildirdiyinə görə, iki gün öncə vəzifə təyinatı alan Ziya Səfikürd və Tatarlı kəndlərinə verilən elektrik enerjisini kəsib. «Səbəb isə guya, reyd apardıqları ilə əsaslandırıblar. Ancaq heç bir reyd aparılmır, 1 sutkaya yaxındır ki, elektirik enerjisinin verilməsinin dayandırılması nəticəsində kənd sakinlərinə zərər dəyib. Bundan qəzəblənən kənd sakinləri də etiraz aksiyası keçiriblər».

Məlumatda o da deyilir ki, Ziya adlı idarə müdiri Yevlax rayon Elektrik Şəbəbkəsinin rəisi vəzifəsində işləyib və iki gün əvvəl Goranboyda eyni adlı vəzifəyə təyin edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.