Dünyanın ən varlı insanlarının tətillərini hansı məkanlarda keçirdikləri ilə bağlı məlumatları bir yerə toplayıb.
Bill Qeyts - Floridada ada
“Microsoft”un yaradıcısı Bill Qeyts ötənlərdə Floridada 7,8 milyon dollara tətil adası alıb. 4,8 hektar sahəsi olan bu adada atları sevən qızı üçün 20 axır var.
Erik Şmidt - London
“Google”un prezidenti Erik Şmidtin tətil üçün Londonda evi olsa da, eyni zamanda ABŞ-ın məşhur teleaparıcısı Ellen Decenersin keçmiş evini 20 milyon dollara alıb. Evin sahəsi 1300 kvadrat metrdir.
Paul Alen - Malibudakı yazlıq evi
“Microsoft” idarəçilərindən Paulun mülki arasında ən çox diqqət çəkən Malibudakı 25 milyon dollara aldığı yazlıq evidir.
Jeff Bezos – Beverli zirvələri
“Amazon.com”un yaradıcısı Ceff Bezos tətil üçün Beverli zirvələrinə üstünlük verənlərdəndir. Onun Beverlidə qonşularından biridə Tom Kruzdur.
Larri Alison – Havay adaları
“Orakle” şirkətinin yaradıcısı və CEO-su tətil üçün özünə ada alıb. O, Havayidə yerləşən Lana adasını 600 milyon dollara alıb.
Mark Zukerberq – Havay adaları
“Facebook” şirkətinin yaradıcısı və CEO-su Mark Zukerberq və həyat yoldaşı da tətil üçün Havayini seçir.
Riçard Branson – Necker adası
İngilis “Virgin” şirkətinin yaradıcısı Virgin adalarından olan Nekeri 180 min dollara alıb.