"Bakıda hər gün "iş"ə çıxan əxlaqsız qadınların dəqiq sayı bəlli deyil. Lakin Bakıdakı kafe, sauna, bar və əxlaqsız qadınların öz "xidmət"lərini təklif edə biləcəkləri başqa yerlərin dəqiq sayını təxminləsək, Azərbaycan paytaxtında hər gün 3 minə yaxın fahişənin "işlədiyini" demək olar. Belədə Bakıda əxlaqsızlıqla məşğul olan qadınların gündəlik gəliri təxminən 1 milyon dollardır".
Davamlı İnkişaf Araşdırmalar Mərkəzinin sədri Nəriman Ağayev "Exo" qəzetinə verdiyi açıqlamasında belə deyib.
Onun sözlərinə görə, günahı yalnız fahişələrdə görmək olmaz.
"Bu qadınların "xidmət"lərindən istifadə edən müştərilər də günahkardırlar. Azərbaycan əyalətlərindən olan kişilərin əksəriyyəti Bakıya can atır və sonucda əxlaqsızlıqla məşğul olan qadınlara tələbat artır. Belə qadınlar əsasən gecə 2-dən səhər 5-dək işləyirlər. Bakıdakı fahişələrin "qiymət"lərinin ən aşağı həddi 10 manatdır.
Həmin qadınları əsasən Səməd Vurğun parkının həndəvərində tapmaq olar. Ümumiyyətlə isə Bakıda əxlaqsızlıqla məşğul olan qadınların "qiymət"ləri 30-800 manat arasındadır", - N.Ağayev deyib.