Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Polad Alemdara özünü bənzədən icra başçısı çaşdı - Foto

26-04-2015, 18:37   


Özünü Polat Alemdara bənzədən Şəmkirin icra başçısı Alimpaşa Məmmədov dünəndən başlayaraq adamlarını üstümüzə salaraq təhqir etdirməyə başlayıb.
Polad Alemdara özünü bənzədən icra başçısı çaşdı - Foto
Bununla özünü həm də müdafiə etdiyini düşünən Alimpaşa Məmmədovun sosial şəbəkədəki adamları da özünün səviyyəsindədir. Məsələn buna diqqət edin:

İcra başçısının bu şəklini paylaşan icra başçısının adamı belə yazıb:

"Bu adam Şəmkirin icra başçısıdır. Deyirlər özünü Polat Alemdara oxşadır. Əslində qara piarın haradan qaynaqlandığını bilirəm amma ona keçmirəm.

Polat Alemdar haranın zibilidir? 20 ildi cizgi filminə çəkilir. Bu adamın belə yeriməyədə haqqı var, şəkil çəkdirməyədə. Adam Başçıcı Başçı ..

Nazlana nazlana yeriməyini gözləyirsiz? Əlbəttə o yeriyəndə yan yörəsində nə qədər tülkü var qaçıb gizlənməlidir. Adam rayonu idarə edir".
Polad Alemdara özünü bənzədən icra başçısı çaşdı - Foto
Polad Alemdara özünü bənzədən icra başçısı çaşdı - Foto
Görünür Alimpaşa Məmmədov icra başçısının "qazlı" yeriməli, rayon sakinlərinin ondan qorxub gizlənməli olduğunu və yeri gələndə hətta beynəlxalq turnirin gedişatında belə dünya çempionu Maqnus Karlsenə mane olub əl verib görüşməli olduğunu düşünür. İcra hakimiyyətində keçirilən iclaslarda normal oturuşunu və duruşunu bilməyən keçmiş vergi müfəttişi adamlarının diliylə danişdiqca özünü batırır. Ona görə də özünü Polat Alemdara bənzədərək qalstuksuz gəzib mafiya başçısı kimi pozalar versə də belə təfəkkürlə məcəralarının serial qəhrəmanınkı kimi üzün çəkəcəyinə inanmırıq.

Bir dəfə müdafiə naziri Zakir Həsənov bu tamada icra başçısına yerini göstərib. Görünür Alimpaşa Məmmədova bu da dərs olmayıb...

Biz hələ Şəmkirin keçmiş polis rəisi Şükür Mehdiyevin ona verdiyi "dərs"dən yazmırıq. Amma hələlik...
Aztoday.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar