Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Somaya səfər edib.
Təyyarə ilə mədən faciəsi baş verən əraziyə yollanan baş naziri müşavir Fəxri Qasırğa, Ankara valisi Ələddin Yüksəl və digərləri yola salıb.
Baş nazir Ərdoğanla birgə müavinləri Bülent Arınç və Bəşir Atalay, daxili işlər naziri Efkan Ala, səhiyyə naziri Mehmet Müezzinoğlu, sabiq nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binali Yıldırım da Somaya yollanıb.
Qeyd edək ki, ötən gün Türkiyənin Manisa vilayətinin Soma rayonundakı özəl kömür mədənində partlayış baş verib. Partlayışa mədəndəki elektrik trasfarmatorunda yarnmış qısaqapanmanın səbəb olduğu bildirilir.
Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız mədən qəzasında ölənlərin sayının 205 nəfərə çatdığını açıqlayıb.