“Arxadan baxırdı saxtalar...”.
Əməkdar artist Elza Seyidcahan sevgi ilə bağlı yeni şeir yazıb.
Müğənni-bəstəkar “Zad qalmışam” adlı şeirini Oxu.Az-a təqdim edib:
Dünən bu vaxtlar,
Ən xoşbəxt anlar.
Sevişirdi yaraşıqlı taylar.
İndi isə hanı o saaatlar,
Taxtlar?
O aləmki çarxlar?
Çarxalanırdı təmaslar
Öpüşündən nəinki asılar,
Sank, taxılar.
O birisinə taxılar,
Dağ boyda eşqi dağılar.
Yaddan çıxmışdı tarlar, analar
Bizi çarxaladı sazlar.
Çarxa güc gəldi pazlar...
Elə bil olmayıb o anlar?!
Arxadan baxırdı saxtalar,
Üzümüzə gülürdü bəzən, yaltaqlar.
Lapdan gələn tır-tırlar,
Dum-dumlar,
zum-zumlar,
partladılar,
uçdular,
yox oldular
gup-guplar.
İndi isə deyirlər zıp-zıplar
Hanı o anlar?
Sayrışırdı yaraşıqlı taylar.
Dalmışam.
Qalmışam yana-yana
Mat qalmışam, mat...
Yamanca zad qalmışam,
zad!!!”
Aytən Sadıqzadə