Bu ilin yanvar ayında Ucarda ögey qızını zorlayan Sahib İbrahimov həbsxanada intihar edib.
“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, qızını zorlamaqda təqsirli bilinən ögey ataya bu yaxlınlarda məhkəmə 14 il hökm oxumuşdu. Hələ ki, mərhumun necə intihar etməsi ilə bağlı dəqiq məlumat yoxdur.
Xatırladaq ki, 1968-ci il təvəvllüdlü Sahib Əlisəməd oğlu İbrahimov 2012-ci ilin noyabrında N.V. ilə qeyri-rəsmi evlənərək Ucarda yaşayıblar. Həmin vaxt ananın yanında P.V. adlı 5 yaşlı qız övladı da olub.
Onların evlənməsindən iki il sonra, ata 7 yaşlı qızlığı P.V.-ni rayon ərazisindəki ucqar yiyəsiz yerlərdən birinə apararaq zorlayıb. Bu barədə qızın anası 34 yaşlı N.V. rayon polis şöbəsinə müraciət etmişdi.