“Ay Zaur” verilişinin kollektivi tanınmış cütlük Təranə Qumral və Musa Musayevin Novxanıdakı bağ evində qonaq olublar.
“Qafqazinfo” məlumat verir ki, aparıcı Zaurun sualına cavab olaraq T. Qumral həmişə olduğu kimi Musa Musayevlə münasibətindən danışıb:
“Biz əsrin Leyli Məcnunuyuq. Belə deyək də, əsrin Musa Təranəsiyik. Ölürlər aramızı vurmaq üçün... Biz neçə illərdir ailəliyik. Əslində insanın ürəyində olmalıdır o möhür. Musa hara qaçasıdır ki ? 4 ildir ki, Musa nikahdan salıb məni. İndi təzədən evləndik. Ancaq 23 ildir ki, evliyik, Musa da mənim yanımdadır, mən də Musanın”.