"Ailəmdəki faciələr məni yıxdı" - Nuriyyə Əhmədova

30-04-2015, 18:25   

Xalq artisti Nuriyyə Əhmədova “Adam içində” verilişinə qonaq olub.

Axşam.az-ın məlumatına görə, səhnəyə gəlişinin 50 ili tamam olan aktrisa dünyasını dəyişən övladlarından danışıb:

“Həyatda dərdim çoxdur. Qızım dünyasını dəyişdi. Böyüdüb, başa çatdırdığım oğlum Əlini itirdim. Oğlum ailəli idi. Övladı olmurdu, bədənində mikrob tapmışdılar. Bir uşağı olmuşdu, qırxı çıxan kimi öldü. Mikrob övladımı içdən yedi. Özümün isə səhhətim pisdir. İndi yanımda qalan övladım Faiqə görə ayaqda qalmağa çalışıram. Onu oxudub başa çatdırmalıyam. Ailəmdəki faciələr məni yıxdı, amma sənət yaşadır".

N.Əhmədova uzun illərdir ki, kirayədə yaşadığını deyib:

"Mənim heç vaxt evim olmayıb. Həmişə kirayədə yaşamışam. Sənətə gələndən ev növbəsində dayanmışam. 48 ildir gözləyirəm".

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.