“Bir Allah bilir onun arxasında kim dayanır…”

1-05-2015, 19:19   


“Bütün bunların hamısı bir oyundur və hələ məlum deyil ki, bu şəxsin arxasında kim dayanır”.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Vəfa Quluzadə bildirib. Sabiq dövlət müşavirin sözlərinə görə, hazırda Rusiya çalışır ki, snayper məsələsini ukraynalıların boynuna yıxsın:

“Ukraynalılar isə bu məsələdə Yanukoviçi ittiham edirlər. Mən Ukrayna Maydanında iştirak edən snayperlərin Polşada hazırlandığına inanmıram. Məlum idi ki, Ukraynada qarşıdurma gedirdi və bu qarşıdurmadan hakimiyyət güclü istifadə edirdi. Moskvadan da hakimiyyətə sərt göstərişlər gəlirdi ki, gücdən tam istifadə edin. Hətta bir şeyi diqqətinizə çatdırım ki, o dövr Yanukoviç qaçanda Medvedyev əsəbiləşmiş vəziyyətdə onu qorxaq adlandırmışdı. Ona görə də bu cür bəyanatlara inanmağa dəyməz. Əminliklə deyə bilərəm ki, bütün bunların hamısı bir oyundur. Eyni zamanda hələ məlum deyil ki, bu şəxsin arxasında kim dayanır. Ukraynadakı məsələlərin əsli açıq və aydındır. Ukrayna xalqı Avropaya doğru yol seçib, Rusiya isə bu yolun qarşısını alıb. İndi bunun ətrafında nə qədər şayiələr, əfsanələr yaranır, onu bir tək Allah bilir ki, bütün bunları kim edir”.

Qeyd edək ki, bir müddət öncə polşalı siyasətçi Yanuş Korve Mikke Maydanda ukraynalılara atəş açan snayperlərin Polşada yetişdirildiyini və buraya xüsusi tapşırıqla göndərildiklərini bildirmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.