Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Şəkinin yeni lətifəsi. 937manat maaşa 500 000 manatlıq villa.

4-05-2015, 21:56   
Şəkinin yeni lətifəsi. 937manat maaşa 500 000 manatlıq villa.

Şəkinin yeni lətifəsi


Elxan Usubov 937 manat maaşla özünə çox mərtəbəli villa tikdirə bilər! Çünkü o icra başçısıdır!

Qramatikamızın 32 hərifin tanıyan, birdən minə kimi saymağı bacaran hər kəs iqtisadiyyatdan olmasada, adi barmaq sayından bir qədər anlıyır. Nədənsə bundan bizim bir çox məmurlar, o cümlədən Şəki İcra Hakimiyyətinin başçısı Elxan Usubov xəbərsizdi. Əgər belə olmasaydı, Şəkinin ən füsünkar yerində inşa edilən çox qatlı villasını xəlvət tikdirərdi. Bir neçə yüz min manat dəyərində olan bu villaya baxanda bir sual doğur. “Görəsən E. Usubov pulu haradan tapır?”
Bu sualla icra başçısınin köməkçisi Ziyaya (Soyadını dandı. Bu səbəbdəndə bilmirik) müraciət etdik. Cavabı isə çox gülməli oldu. “ Villanı Elxan müəllim tikdirmiyəndə siz, adi adamlar, tikdirməyəssinizki???” Belə olan halda Ziya müəllimə, E. Usubovun maaşının 937(!) manat olduğunu xatırlatmalı olduq. Cavab, “Başçıyla danışıb, sizə cavab deyərəm” olsada, daha sonra o, “Başçı dediki qoy nə istəyirlər yazsınlar. Guya mənə nəysə edəcəklər? Heç bir açıqlama vermə” dedi. Qeyd edək ki, E.Usubov 937 manat maaşla ailəsində şah kimi dolandırmağı bacarır. Görünür E. Usubovun, möhtərəm prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə çağırışından xəbəri yoxdur.
Korrupsiyanın rayonda tüğyan etməsini hətta, İcra Aparatının işçiləridə etiraf edirlər. Əməkdaşımızla görüş zamanı, İcra Başçısının Təhsil, Səhiyyə və Mədəniyyət üzrə müavini,xanım Zərinə Cavadovanın dedikləri buna əyanı sübutdur. O, “Dürüst mətbuat var? Yalandan Natiq Yaqubova tərif yazırlar. Halbuki o 500 manat almamış iş görmür. Bir adamada sürücülük vəsiqəsi vermir.” deyərək, öz qərəzli münasibətindən qızışaraq, “sirri” açdı.
Soyadını bilmədiyimiz Ziya, bu barədə E. Usubovunda fikrini əməkdaşımıza açıqlayacağına söz versədə, başçının təlimatından sonra, heç nə demədi.
Bizim isə sualımız hələdə açıq qalır. Cənab Elxan Usubov, 937 manat maaşla belə bir villanı necə tikdirmək olar? Əgər vaxtınız olarsa, bu barədə cəmiyyətə bilgi verəsiniz. Əminəmki bu bilgiləri əldə edən vətəndaşlarımızın çoxu, sizin sayənizdə, 1937 manat gəlirlə özlərinə bir daxma tikdirə biləcəklər.http://xebertv.info/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar