“ABŞ-ın İrana verilən C-300 raketlərinin bölgədə geosiyasi vəziyyəti dəyişməyəcəyini söyləməsi yalandır”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Pepe Eskobar çıxış edib.
Onun sözlərinə görə, Vaşinqton hazırda buna görə təlaş keçirir:
“Vaşinqton çalışır ki, Çinə Asiya-Sakit Okean regionunda, Rusiyaya Şərqi Avropa, İrana isə Ön Asiyada təzyiq etsin. Ona görə də Moskva, Tehran və Pekin “Yeni İpək Yolu” layihəsini inkişaf etdirməklə böyük oyuna başlayırlar. Burada təəccüblü heç nə yoxdur. Rusiya, Çin və İranın çoxşaxəli strateji alyansı bu ölkələr üçün əslində çox böyük uğurdur”.