Aparıcı Mətanət: Rəhim üçün soyuq duş etdim - VİDEO

5-05-2015, 19:40   

Sabah da kiməsə süni nəfəs etsəm, yazacaqlar ki, “Mətanət öpüşdü?”

Teleaparıcı Mətanət Əliverdiyeva "Gündəlik” verilişində müğənni Rəhim Rəhimlinin üzünə "tüpürməsi"nə münasibət bildirib.

Oxu.Az-ın Axşam.az-a istinadən məlumatına görə, proqramın bugünkü buraxılışında o, əslində Rəhimə tüpürmədiyini, “təmiz su ilə soyuq duş” etdiyini deyib:

“Rəhim Rəhimli coşmuşdu, şou-biznesi qatıb qatışdırdı, saxlaya bilmirdik. Mən də suyu aldım, onun üçün soyuq duş etdim. Bu gün də bütün saytlar yazıb ki, “Mətanət tüpürdü”. Əgər ağız ifrazatıyla adi suyu ayıra bilmirsinizsə, yazıqlar sizə. Sabah da kiməsə süni nəfəs etsəm, yazacaqlar ki, “Mətanət öpüşdü”? Mən şounu anlamayan adamlara gülürəm. Rəhimi 80-ci illərin sonundan tanıyıram. Rəhim mənim dostumdur, hər adamla o zarafatı etmirəm”.
[media=https://www.youtube.com/watch?v=8-uSGwqpRqU]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.