İlin ən əsas moda hadisəsi “Met Gala 2015”də (“Bal institutunun kostyumları”) geyimləri ilə bir-biri ilə yarışan ulduzlar arasında müğənnilər Cennifer Lopez və Beyons xüsusi diqqət çəkiblər.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, mövzusu “Çinin pıçıltısı: incəsənətdə, filmdə və dəbdə Şərq nağılları” olan gecədə Cey Lo mayın 2-də 60 yaşını qeyd edən dizayner Donatella Versaceyə hədiyyə kimi onun kolleksiyasından geyinib.
Olduqca effektli, şəffaf və cəlbedici görünüşlü geyimdə ifaçı gecə boyu fotoqraflar qarşısında poz verərək özünü sərbəst hiss edib.
Digər maraqlı geyim isə tədbirə həyat yoldaşı, reper Cey Zi ilə qatılan Beyonsun olub. O, "Givenchy" markasından geydiyi geyimlə diqqət mərkəzində olub.