Qafqazda ABŞ-Rusiya savaşı başlayır

6-05-2015, 09:52   
Qafqazda ABŞ-Rusiya savaşı başlayır

Hikmət Hacızadə: «Gürcüstandakı təlimlər NATO-nun Rusiya ilə müharibəyə hazırlaşmasına işarədir»

ABŞ təlimlərdə iştirak etmək üçün Gürcüstana 14 PDM göndərib. Bu haqda ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında xəbər yerləşdirilib. Hərbi təlimlərlə əlaqədar ABŞ Gürcüstana ağır hərbi texnika - 14 “Bredli” piyada döyüş maşını, logistikanın və təlimlər üçün nəzərdə tutulmuş təchizatın təminatı üzrə maşınlar göndərib.
Gürcüstan-ABŞ “Noble Partner” təlimləri hərbi aerodromda və Vaziani (Tiflisin yaxınlığında) poliqonunda keçiriləcək. Mayın 11-də başlayacaq təlimlərdə “Alfa” bölüyündən təxminən 600 amerika və gürcü hərbçisinin iştirak edəcəyi gözlənilir.
Həmçinin təlimlərdə Gürcüstanın qoşunlarının birinci piyada briqadasının 12 batalyonu iştirak edəcək.
Gürcüstan Müdafiə Nazirliyi qeyd edib ki, təlimlərin məqsədi NATO-nun gələcək əməliyyatlarında iştiraka hazırlığın artırılmasıdır.
“Təlimlər Gürcüstanda ilk dəfə keçirilir və onların məqsədi Gürcüstan rotasının NATO-nun çevik qüvvələri ilə yaxınlaşmasından ibarətdir”, - deyə xəbərdə bildirilir.
NATO-nun Cənubi Qafqazla bağlı belə bir jesti, heç şübhəsiz, Rusiyaya yönəlikdir. Çünki ABŞ-ın Gürcüstana göndərdiyi hərbi texnikanı orada saxlayacağı düşünülür. Bu isə Gürcüstanın müdafiəsinin möhkəmləndirilməsi deməkdir.

Politoloq Hikmət Hacızadə bildirdi ki, NATO-nun Gürcüstanda keçirəcəyi təlimlər konkret olaraq regionda Rusiya ilə hərbi qarşıdurmaya hazırlıq məqsədi daşıyır: “NATO bu addımı ilə Gürcüstanın müdafiəsini möhkəmləndirir. Yəqin ki, bu silah-sursat elə Gürcüstanda da qalacaq. Bu, NATO-nun Rusiyaya ünvanladığı mesaj deyil, bu NATO-nun yaxın müttəfiqinin hərbi cəhətdən gücləndirilməsidir”.
H.Hacızadənin sözlərinə görə, NATO Ukrayna hadisələrinin Cənubi Qafqazda təkrarlanmasının qarşısını almaq üçün bu cür addım atır. Qərb Rusiya ilə yarana biləcək ikinci qarşıdurmaya daha hazırlıqlı çıxmaq istəyir. “NATO-nun təlimləri Rusiyaya bir mesajdır. NATO bununla hədəflərini konkretləşdirir. Ona görə Gürcüstandakı təlimlər sıradan deyil”, deyə H.Hacızadə vurğuladı.
Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.