Cabbar Musayevdən Təranə Qumrala ağır cavab - VİDEO

7-05-2015, 14:24   
Cabbar Musayevdən Təranə Qumrala ağır cavab - VİDEO
“Nə qədər şərəfsiz olasan ki, ağbirçək ana haqqında bu cür sözlər danışasan?!”
Bu günlərdə müğənni Təranə Qumral efir vasitəsilə qaynanası, yəni Musa Musayevin anası haqqında təhqiramiz sözlər işlətdi. “Gün üzü” verilişində qonaq qismində iştirak edən T.Qumral qaynanasını “avam qadın” adlandıraraq, onun beyninin bir, özünün isə səkkiz meqabayt olduğunu deyib:
“Musanın anası oğlu və mənim haqqımda nələrisə çıxıb danışır. İnsan düşünərək addım atmalıdır. Hamı bilir ki, “ətlə dırnağın arasına girən iylənib çıxar”.
Qeyd edək ki, Təranə Qumral qaynanası haqqında bu sözləri deyərkən Musa Musayev gülümsəyərək onun əlindən öpüb.
Bütün bu olanlar cəmiyyət tərəfindən böyük hiddətlə qarşılanıb.
Musavat.com-a danışan M.Musayevin qardaşı, müğənni-bəstəkar Cabbar Musayev anasının təhqir olunmasına bü cür münasibət bildirib:
“Nə qədər şərəfsiz olasan ki, ağbirçək ana haqqında belə sözlər danışasan?! Bu ağbirçək anaya deyiləsi söz idimi ki, “onun beyni bir meqabaytdır , mənimki səkkiz meqabayt”. Bunun mənasını başa düşənlər anlayır ki, bu sözlər çox şərəfsiz sözlərdir.
Ümumiyyətlə, bu söhbətləri biz bağlamışdıq. Lakin onlar özlərinə piar qazanıb, hər dəfə gündəmdə qalmaq üçün bu cür vasitələrə əl atırlar. Bu millətin Musa haqqında anlamaq istmədiyi bir şey var- Musa həyatda yoxdur. Onu idarə edən yalnız qarşı tərəfdir”.
“Musa Musayev bu qədər sevir ki, anasının belə təhqir edilməsinə göz yumur?” sualımıza Cabbar Musayev belə cavab verdi:
“Qardaşımda heç bir günah görmürəm. Bütün bu olayların başında o qadın durur. Bu işlər yenicə başlayırdı ki, mən bir kəlmə söz dedim-“Ən namuslu...”
Yox, deyib yenidən məhkəmələrə düşmək istəmirəm. Nəinki bütün nəslimiz, hətta bütün imişlilər belə onları yox hesab edir”.
Xatırladaq ki, Musa Musayevin anası Gülbikə xanım Təranə Qumral haqqında bu sözləri demişdi:
“Mən Təranə Qumralı gəlin hesab etmirəm. Çünki onu gəlin gətirməmişəm. Mən Musaya toy edib, gəlin gətirmişdim. Amma o ailəsini dağıdıb, gedib Təranəni aldı. Mən digər gəlinlərimi çox istəyirəm, Təranəni yox. O, 20 ildir ki, Musa balamı mənə həsrət qoyub. Təranə ilə danışmaram. O, bizim başımıza nələr gətirmədi? Musanı dəli elədi. Məni də cadugər hesab edir. Onu necə gəlin hesab edim? Məni övladıma tamarzı qoyub. Musaya zəng edirəm, imkan vermir ki, oğlumla beş kəlmə söz danışım. Necə qəbul edim o gəlini? Yalan deyir. Mən heç onu görməmişəm. Təranə dedi ki, efir vasitəsi ilə əlinizi öpürəm. Mənim əlimdən öpməsin. Getsinlər bir-birlərinin əllərindən öpsünlər. Mənə lazım deyil. İki gəlinim var, ikisi də namuslu, qeyrətli, adıma layiq”.
/musavat.com/
Xalidə Gəray
[media=https://www.youtube.com/watch?v=MIeZCflY5hY]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.