İkinci dəfə beyin əməliyyatı olmaq üçün Mayamiyə yollanan müğənni İbrahim Tatlısəs Türkiyəyə qayıdıb.
Axşam.az acunn.com-a istinadən xəbər verir ki, sənətçinin gözlənilmədən qayıdışı sevənlərinə sürpriz olub. Tatlısəs ilk olaraq şirkətlərinə baş çəkib və işçiləriylə bir araya gəlib.
Müğənni hazırda xüsusi mühafizə sistemi ilə qorunan evində dincəlir.