Xoşqədəm həmkarından oğurluq edibmiş? ŞOK FAKT — AUDİO

8-05-2015, 20:53   
Xoşqədəm həmkarından oğurluq edibmiş? ŞOK FAKT — AUDİO
[media=https://www.youtube.com/watch?v=VkY09kv-5RY]
Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Xoşqədəmlə axtarıram səni” (Əvvəlki adı “Səni axtarıram”) verilişinin daha bir müəllifi ortaya çıxıb.
Yenilik.Az xəbər verir ki, sözügedən layihənin əsl sahibi teleaparıcı, ATV-də yayımlanan “Qonaq gəl bizə” layihəsinin müəllifi, layihə rəhbəri və aparıcısı Elcan Məmmədlidir. E.Məmmədliyə yaxın şəxslərdən birinin redaksiyamıza ünvanladığı məktubunda daha sonra belə qeyd olunur:

“Son günlərən ən aktual mövzularından biri olan “Səni axtarıram” verilişi və onun “yaradıcı həyətinin” kim olması, kimin bu layihəyə daha çox haqqı olması ilə bağlı oldu. Xoşqədəm xanımın bu məsələdə özünün daha haqlı kimi qələmə verməsı məni bu addımı atmağa vadar etdi. Bəlkə də Xoşqədəm xanım bu məsələdə özünü məzlum, haqqı tapdanan kimi qələmə verməsəydi, bu həqiqəti heç vaxt üzə çıxarmayacaqdım. Onun haqqı araması, halalı, haramı bilmək və tanıtmaq istəyi məni valeh etdi. Elə bu səbəbdən də bilin və agah olun, “Səni axtarıram”ın əsl müəllifi Elcan Məmmədlidir. Bəli, Xoşqədəm xanım, illərlə saxladığım bu həqiqəti bu gün deyirəm. 2009 cu il mart ayında Space radiosuna “Səni axtarıram” verilişinə sizin prodüser zəng edib. Zəngin səbəbi isə Elcandan ilkin axtarış bazasını istəmək idi. Sizin versiyadan düz bir il əvvəl bu layihə eyni adla Space radiosunda, ondan oncə 3 ay İctimai radioda səslənəndə müəllifi və aparıcısı Elcan Məmmədli idi. Bəs onun halallığını nə zaman aldız?”

Məktubu yazan şəxs adının açıqlanmasını istəməsə də, elektron poçtumuza dediklərini sübut edəcək dəlillər də göndərib. Sonda həmin materialları oxucularımıza təqdim edirik.
(ölkə.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.