Müğənni Vüqar Muradov “Şirin çay” verilişinin qonağı olub.
Yenilik.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi Moskvada meşədə döyülməsi ilə bağlı danışıb.
O, aparıcının “Bəlkə bu hadisədə adı hallanan xanım müğənni ilə barışasınız” sualına belə cavab verib:
“Bu hadisə ilə bağlı dövlət orqanlarında iş gedir. Hadisəni o xanımın (Fidan Süleymanova – red.) etdirməsindən şübhələndim. Bu məsələ araşdırılır. İmişlinin və doğulduğum Qax bölgəsinin ağsaqqalları mənə görə bir araya yığışdı. Hamısı tələb etdi ki, səni döyən və haqqında yalan söz yayan insanlar kimdirsə, gedib cəzasını özümüz verək. Azərbaycanın hər bir bölgəsi mənim üçün əzizdir.
Mən necə hansısa bir bölgəni pisləyə bilərəm? Bu ağlasığmaz bir ittiham idi. O xanımla barışıb-barışmamağa gəldikdə isə… Araşdırma başa çatsın, sonra baxarıq. Mən kinli insan deyiləm. Boyum hündürdür, zəhmli görünürəm, amma ürəyiyumşağam”.