Məleykə Əsədova da tac taxdı: Səhnənin kraliçasıyam – FOTO

12-05-2015, 19:02   

“Mənim aktrisalığım 100 yox, lap 101 faizdir”.

ANS TV-də Zaur Nəbioğlunun aparıcısı olduğu “A-dan Z-yə” verilişinin budəfəki qonağı xalq artisti Məleykə Əsədova olub.

Oxu.Az xəbər verir ki, aktrisanın verilişdə 3 zəncinin müşayiəti ilə səhnəyə gəlişi və geyimi diqqəti cəlb edib.

Ən çox diqqəti çəkən isə başındakı tac olub. Son zamanlar şou aləmində “tac qalmaqalı”nın tüğyan etdiyi dövrdə Məleykə Əsədova bu addımı atmağının səhnə geyimi və rol aldığı tamaşadakı personajı ilə bağlı olduğunu bildirib.

“Bu günədək demişəm, indi də deyirəm - mənim aktrisalığım 100 yox, lap 101 faizdir və səhnənin kraliçasıyam” deyən aktrisa verilişin növbəti hissəsində kraliça geyimini dəyişərək uzun ətəkli geyimi ilə də göz oxşayıb.

Xatırladırıq ki, verilişin ötən buraxılışlarının birində digər xalq artisti İlhamə Quliyeva qonaq olduğu zaman “Mənim rəsmi taclarım var və hazırda taclarımın sayı 9-dur. Əslində mən bütün verilişlərə, konsertlərə, tədbirlərə tacla getməliyəm, amma indi bəyan edirəm ki, mən bu taclardan imtina edirəm. İndi hamı tutuquşuluq edir, yaraşdı ya yaraşmadı tac taxır, buna görə mən ancaq çox vacib tədbirlərdə mənə hədiyyə edilən ən sonuncu tacımı taxacam” demişdi.

Qeyd edək ki, proqram hər şənbə günü saat 18:15-də ANS-də yayımlanır.










Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.