Elza Seyidcahan Aygünün yerini aldı

13-05-2015, 11:25   

Meyxanaçı Namiq Qaraçuxurlunun növbəti duet ortağı əməkdar artist Elza Seyidcahan olacaq. Bu haqda Axşam.az-a açıqlamasında E.Seyidcahan deyib. O, bəstənin müəllifinin özü olduğunu vurğulayıb: “Ötən ildən Namiqlə duet oxumağı planlaşdırırdıq. Mətanət İsgəndərli, Elton Hüseynəliyev, Gülay Zeynallı üçün mahnılar yazdım, başım qarışdı. "Əcəb edirəm” adlı mahnı bəstələmişəm. Sözləri Baba Pünhana aiddir. Burada həm estrada, həm caz, həm də dərviş tərzi var. Mahnımız aranjimandadır, yaxın günlərdə təqdim edəcəyik. Bu bəstəyə klip də çəkdirəcəyik”. İddialı danışan E.Seyidcahan bu işbirliyinin N.Qaraçuxurlunun xalq artisti Aygün Kazımova ilə duetlərindən üstün olacağını deyib: “Bu duet Namiqin yaradıcılığında yenlik olacaq. Həmişə Elza deyəndə, ağla fərqlilik gəlir. Onu da deyim ki, bizim mahnımız Namiqin Aygünlə duetini kölgədə qoyacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.