“Eurovision 2010”da Azərbaycanı təmsil edən gənc müğənni Səfurə Əlizadə və Fərhad Əliyevin oğlunun bir yaşı tamam olub.
ANS PRESS-in məlumatına görə, İsgəndər adlı körpə üçün valideynləri təntənəli ad günü və sünnət mərasimi keçiriblər. Mərasimdə ailənin yaxınları, dostları iştirak ediblər.
ANS PRESS "1news.az"a istinadla ad günündən olan fotoları təqdim edir.
Qeyd edək ki, Azərbaycanın “Eurovision" təmsilçisi Safura Əlizadə 2013-cü ilin yay aylarında ailə həyatı qurduqdan sonra ilk dəfə olaraq müsahibə verib. Fərhad Əliyevlə həyatını birləşdirdikdən sonra isə ifaçı birdəfəlik səhnə həyatına son qoyub. Bundan sonra isə Səfurə Türkiyəyə köçüb orada yaşayır.