Röya: Bu sözləri eşidəndə dəli oluram FOTO

13-05-2015, 14:49   

"Bəziləri deyir ki...".

“Bakı-2015” Avropa oyunları ilə bağlı klip çəkdirən müğənni Röya Ayxan onu tənqid edənlərə sosial şəbəkə vasitəsilə ismarış göndərib.

Oxu.Az xəbər verir ki, ifaçı bunları qeyd edib:

“Ağılsız, yalnız pulu düşünən və özünü azərbaycanlı adlandıranlara səslənirəm. Azərbaycan gələcəyi üçün Birinci Avropa Oyunlarını keçirir. Bəs siz Azərbaycan üçün nə etmisiniz? Hər kəs oyunlara gücü çatan kimi dəstək olur. Bunu başa düşmək üçün gərək adam olasan. Sözlərimi pis başa düşməyin, böyük-böyük danışdımsa, üzr istəyirəm. Bəziləri deyir ki, Avropa oyunları nəyimizə lazımdır? Bu sözləri eşidəndə dəli oluram. Hər idmançıya dəstək lazımdır, onları ruhdan salmayın”.







Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.