"Bəzi insanlar saxta profillər açıb ailəm haqqında xoşagəlməz ifadələr yazırdılar". Xoşqədəm Hidayətqızı bu sözləri ANS-də yayımlanan "Sən tək deyilsən" verilişində səsləndirib.
ANS PRESS-in məlumatına görə, məşhur aparıcı hər telefon bağlantısının efirə bağlanmasının düzgün olmadığını deyib: "Kömək üçün bizə üz tutan şikayətçiləri hüquqlarını qorumaq borcumuzdur. Bəzən, hətta çox vaxt zəng edənlərin çoxu təxribat yaratmaq istəyirlər. Canlı efirdə şikayətçini rüsvay etmək istəyənlər çox olur. Qəti olaraq, qisas xarakterli zənglərin bağlantısının əleyhinəyəm.
Çünki mən özüm elə prosesi keçmişəm. Layihəmlə bağlı çətin anlar yaşayanda mənə qarşı təxribat yaratmaq istəyənlər çox oldu. Varlığımı qəbul etmək istəməyənlər sosial şəbəkələrdə saxta profillər açıb, mənim və ailəm haqqında xoşagəlməz sözlər yazırdılar. Dəyərli tamaşaçılarım sağ olsunlar ki, məni tək buraxmadılar. Ağır günlərimdə mənə dəstək oldular. Mən özüm bütün bunları yaşadığımdan qarşımdakını daha yaxşı anlayıram".
Qeyd edək ki, Xoşqədəm Hidayətqızının rəhbəri və aparıcısı olduğu "Sən tək deyilsən" layihəsi həftə içi hər gün saat 16.20-19.00 arası birbaşa yayımlanır.
Mənbə
ANS PRESS