Məşhur qabusnamə kitabında şah öz oğluna nəsihət verərək deyir.Ey oğul! Camaat ilə mehriban danış və qaşqabağını turşutma.Qaşqabaqlı adam yaxşı sayılmaz.
Adam nə qədər hikmət sahibi olsa belə,qaşqabağını tökdükdə onun nə hikmətində hikmətlik qalar, nə sözündə gözəllik.Xülasə,bil ki,danışmağın qaydası necədir və nədir. Burada şahın öz oğluna verdiyi çox ibratamiz nəsihət günümüzdə çox insanlara örnək olmalıdır. Günümüzdə elə insanlar var ki,azacıq imkan sahibi olan kimi dəyişilir.Günümüzdə elə şəxslər var ki,vəzifəyə yüksələn kimi sanki insanlığın arxa planda olduğunu zənn edərək hərəkətə keçir. Psixoloqlar, sosioloqlar, filosoflar tarixən insanı dərindən öyrənmək üçün,insanları tanımaq üçün incə insan münasibətləri adlanan bir elmi sistem yaratmışlar.Bu elmi sistemə müraciət edərək insanları öyrənmək,onların həyatda hansı amallar üçün yaşadıqlarını bilmək,təxmin etmək mümkündür. Haşıyədən çıxmamaq şərti ilə əsas mətləbə keçmək vaxtıdır.İsmayıllı rayonundan bir qrup aktivistin müraciəti ilə nəzərdə tutulan məsələnin üzərinə getdik və aldığımız informasiya və müşahidələrimizi bölüşmək qərarına gəldik. 1993-cü il məlum Gəncə qiyamı ilə milli qüvvələr devrildikdən sonra hakimiyyətə yiyələnmiş Əliyevlər rejimi,ölkəyə özləri ilə bəla gətirdilər. Həmin vaxtdan ölkədə gizli və açıq talan siyasətinə başlanıldı. Ölkə miqyasında bütün xırdalı-irili vəzifə sahibləri rüşvətin çiçəklənib dövlət idarəetmə səviyyəsinə qaldırılması uğrunda fəaliyyətə keçdilər. Bəli,nəhayətdə buna nail oldular. Əslində bu hakimiyyətdən yaxşılığa doğru bundan artıq nəyinsə gözləntisi avantüradan başqa bir şey sayıla bilməzdi.Vaxtı ilə müstəqillik,suverenlik deyib hayqıranlar tez bir vaxtda bu şərəfli missiyanı unutdular. Onlar vəzifə,pul, var əldə etmək üçün vəzifələrə dürtüldülər. Bu şəxslər yuxarıdan tələb olunan xərracı sadə vətəndaşların boğazından çıxarmağa başladılar. Bu səlahiyyət sahibləri onların xalqa xidmət etməli olduğu missiyalarını unudaraq büdcəni söküb talamaqla varlanmağa başladılar. Onlar o qədər varlandılar ki,artıq pul onların insan olduğunu onlara unutdurdu. Onlar o dərəcədə varlandılar ki,halal-haramı unutdular. Onlar o qədər varlandılar ki,cəmiyyətdə mənəvi dəyərlərin tətbiqi ilə yaşamağın mənasızlığını bildirərək biolojiyə üstünlük verdilər. Nəhayətdə nə baş verdi?Nəhayətdə o baş verdi ki,günümüzdə insanların quru çörəyə möhtac olduğu zamanda acların gözləri qarşısında açıqca villalara,bahalı avtomobillərə,obyektlərə,hektarlarla torpaq sahələrinə sahibləndilər və bunu gizlətmədən reklam etməyə başladılar.Nəhayətdə buna harınlamaq adı vermək olar. Bəli,insanlar toxluqdan da qudurur, harınlayır. O cəmiyyətlərdə ki əxlaqsızlıq əxlaq rolunda təqdim olunur, orada qanunlar ayaqaltı olur. Belə cəmiyyətlərdə güclülər gücsüzləri məhv edir.Belə cəmiyyətlər bəşəri deyil, bioloji qanunlarla,yəni vəhşi təbiətdə olduğu kimi idarə olunur.İnsanlığın öldüyü məmləkətlərdə adətən qəbristanlıq sükutu hökm sürür. Burada adamlar canlı meyit adlanır. Bəli, sadəcə ayaq üstə gəzir, hansısa ehtiyacını ödəmək üçün işləyir,ancaq heç vaxt məruz qaldığı haqsızlığa görə etiraz etmir. Belə cəmiyyətlərdə dediyimiz həmin məmurlar, vəzifə, səlahiyyət sahibləri kef edir, qorxusuz, ürküsüz ömür sürürlər. Çünki müqavimət yoxdur. Mənim burada çəkdiyim misallar belə fəaliyyət göstərən istənilən məmura,vəzifə,səlahiyyət sahibinə aiddir.Necə deyərlər, fikirlərim halal xoşları olsun.Ancaq vicdanla,şərəflə işləyən vəzifə,səlahiyyət sahiblərinə heç bir aidiyyatı yoxdur. Bir qeyd etmək istəyirəm ki,məni qınamayın,hazırda Azərbaycanda vicdanla,şərəflə çalışan məmur tapmaq çox müşkül məsələdir. Söhbət açacağım məmur İsmayıllıda yerləşən 10-saylı yol istismarı idarəsinin müdiri Məhəmməd Musayevdir. Bu şəxs mövcud rejim hakimiyyətə sahiblənəndən bəri bu idarədə müdir işləyir. Rayonda müdirin vəzifəyə gəlməmişdən əvvəl necə çətin yaşadığını nəql edənlər bildirirlər ki,uzun illər ərzində bu idarəni şəxsi mülkü kimi istismar edərək böyük imkanlar sahibinə çevrilib. Əslində mən hörmətli Məhəmməd müəllimdə günah görmürəm. Axı zat aliləri cənab İlham Əliyev dəfələrlə məmurlara xitabən deyib ki,məndən nümunə götürün. Mən xalqın bir nömrəli xidmətçisiyəm. Ancaq sonradan məlum olur ki, sən demə cənab prezident neftdən gələn xalqa məxsus vəsaitlərdən nə az,nə çox düz 48 milyardını özününküləşdirib vircin adalarındakı ofşor zonalara yatırıb. Əcaba belə olan halda hörmətli Məhəmməd müəllimin niyə 50 milyon pulu olmasın?Axı o da cənab prezidentdən nümunə götürür.Axı Məhəmməd müəllim ideal Yap-çıdır. Axı Məhəmməd müəllim yollara yamaq vurmasa,idarənin texnikasını şəxsi adamların işləri üçün gündəlik ödənişlə istismara verməsə bu qədər pulu hardan əldə etmiş olardı? Axı Məhəmməd müəllim yolları keyfiyyətli təmir edib, keyfiyyətli asfalt döşəsə bu yollar aşağısı 8-10 il dağılmayacaq. Belə olan halda pulu necə siləcək?Ondansa yollara keyfiyyətsiz asfalt döşəyir, 3-5 aydan sonra dağılmış yollara yenidən büdcədən vəsait ayırır və 350 min manata obyekt alır,özünə,kürəkəninə bahalı avtomobil alır,Bakıda və sair yerlərdə dəyəri milyonlarla ölçülən daşınmaz əmlaka yiyələnir. Görürsünüz, günümüzdə belə adamlara fərasətli adam deyirlər.Deməli kim ki,dövlətin büdcəsini talayır,onu qəhraman kimi qəbul edirlər. Onsuz da ölkəmizdə qanunların işləməməsi hər birimizə gün kimi aydındır.Hər birimiz bilirik ki ,ölkə hüququ iflic vəziyyətdədir.Hər birimiz bilirik ki,ölkənin hüquq-mühafizə orqanları xirtdəyə kimi rüşvət,korrupsiya çirkabının içərisindədir. Hər birimizə məlumdur ki,ölkədə məhkəmələr müstəqil deyil. Bu məmləkətdə məhkəmələr hakimiyyətin əlində dəyənək funksiyasını yerinə yetirir. Əgər belə olmasaydı Məhəmməd Musayev kimilərinə dur deyən olardı. Əgər bu baş verməyibsə deməli hörmətli müdir əldə etdiyi vəsaitləri tək həzm rabedən keçirmir.Əslində ölkəmizdə belə halların baş verməsi artıq təbii qarşılanır. Çünki bu rejim rüşvət üzərində yaşayır. Əgər ikicə aylığa rüşvət pramidasını saxlasalar, rejim çökər. Dünyanın heç harasında bizdəki kimi rüşvətə meyllilik yoxdur. Ölkəmizdə nə vaxtsa abırlı hökumət qurulsa da bu ölkə Əliyevlərin yoluxdurduğu rüşvət virusunun əzabını hələ uzun zamanlar çəkəcək. Hansı kabinetə gedirsənsə başda dövlət başçısının portireti, dövlət bayrağı, məmur stolunun üzərində müqəddəs quran kitabı var. İsmayıllının keçmiş mtn rəisi Aydın Piriyevin də kabineti belə formada idi. Aydın müəllim həmişə deyirdi ki,o,hər gün quran kitabından bir neçə surə oxuyur ki,şeytan əməlindən uzaq olsun.Ancaq vaxtı ilə Aydın müəllim və müdir Məhəmməd Musayevin dostluğu müdirin oğlunun mtn-nin akademiyasına düzəlməsi ilə nəticələndi. Biz bunun əleyhinə deyilik,allah hamının işini uğurlu etsin. Ancaq demək istəyirəm ki, çox şeşələnməyin.Sizlər rüşvəti prezidentin portreti altında alıb sonradan qurana and içirsiniz ki,bizlər işimizə vicdanla yanaşırıq. Cənablar, bu xalqa nə vermisiniz ala bilmirsiniz? Nə vaxt xalqa xidmət edəcəksiniz?Nə vaxt sözünüz və əməliniz üst-üstə düşəcək. Bəyəm bilmirsiniz ki,qatarın yola düşməsinə lap az vaxt qalıb?
Elçin İsmayıllı