Müğənni Rəqsanə İsmayılova ötən gün Zaur Baxşəliyevin təqdim etdiyi “Öz aramızda” verilişində huşunu itirməsindən danışıb.
“Qafqazinfo”nun məlumatına görə, müğənni proqrama zəng edərək bildirib ki, səhhəti yaxşıdır:
“Hər kəsi salamlayıram. Özümü yaxşı hiss edirəm, hazırda sistem altındayam. Demək istəyirəm ki, tamaşaçılar narahat olmasınlar. Təzyiqim aşağı düşmüşdü, 1 həftədir normal qidalana bilmirəm. İş rejimim ağırdır, 100 min manat söhbətinə aydınlıq gətirmək istəyirəm. Mən 100 min manata xeyriyyə işi görmüşəm. Zaurun Rəqsanə İsmayılova vasitəsilə reklam olunmasına ehtiyacı yoxdur. Zaur özünü təsdiq etmiş aparıcıdır. Proqramda özümdən getməyim Zaura reytinq gətirə bilməz”.
Müğənni ürəyi gedərkən ona kömək edən xalq artisti Şamil Süleymanova dəyərli hədiyyə verəcəyini qeyd edib:
“Mənim halım pisləşəndə orada bəziləri güldü. Bu, mənə pis təsir etdi. Mənə kömək edən Şamil müəllimə böyük hədiyyəm olacaq. Bilirəm ki, onun maşını yoxdur”.
Könül[media=https://www.youtube.com/watch?v=s78OeBgoAj4]