Aparıcı Zaur Baxşəliyev “Öz aramızda” verilişinin bağlanması ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Axşam.az-ın məlumatına görə, aparıcı bu haqda canlı yayımda danışıb:
“Bizi bir ildən çoxdur ki, izləyənlər, reytinq qazandıranlara sözüm var. Təəssüf hissi ilə olsa da, bunu deməliyəm. Bu mənim yox, ATV kanalının rəhbərliyinin qərarıdır. Bunu sizə hörmətsizlik kimi qəbul etməyin. Məni elə bir yerə göndərirlər ki... Bundan sonra verilişi mən aparmayacam”.
Z.Baxşəliyev studiyaya həyat yoldaşı Günay Baxşəliyevanı çağıraraq, verilişi onun aparacağını bildirib.