Xalq artisti İlhamə Quliyeva yenə qalmaqallı açıqlamalar verib.
Axşam.az-ın məlumatına görə, müğənni “ATV Maqazin”ə açıqlamasında küsülü olduğu həmkarlarına ismarış göndərib:
“Kimisə sənəti var deyə, tərifləyirəm. Amma çasmasın. Unutmasın ki, məhkəmədə mənə 3 min manat uduzub. Almayacaqdım. Deyirdim ki, getsin, uduzduğu pulla baş-gözünü düzəltdirsin. Amma indi deyirəm ki, alacam. Buradan o insana müraciət edirəm: “Ay bacı, mənə de görüm nə istəyirsən? Nə istəyirsənsə, alıb göndərim əl çək”. Heç nələri yoxdur, ciblərində sıçovul oynayır. Əgər mənə atılan daşlar dayansa, demək sənətdə yoxam. Mən varam, fəaliyyətdəyəm, gözəl işlər görürəm. Gözləri götürmür”.
İ.Quliyeva özünə kraliça deyənlərdən də danışıb:
“Mən gözəllər-gözəliyəm, kraliçayam. Səsim də var. Hərəsi başına bir tac qoyur. Bilinmir haranın kraliçalarıdır. Əslində, özləri yaxşı bilir harda kraliçadılar. Başmağımı geyinirlər, amma yerişimi yeriyə bilməzlər”.