Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Liftdə qalmış 2 şəxs xilas edilib

15-05-2014, 10:46   
Liftdə qalmış 2 şəxs xilas edilib
Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə lifti 5-ci mərtəbəyə qaldırıb qapılarını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 04:02-də başa çatıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar