Bərdə rayonu, Həsənqaya kəndində 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.
Əməliyyat saat 18:09-da başa çatıb.