Rusiyanın Suriyadakı səfirliyi minaatanlardan atəşə tutulub. Axar.az xəbər verir ki, bu barədə açıqlamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç verib. Onun sözlərinə görə, insident yerli vaxtla 15:25-də baş verib: “Bizim səfirlik terrorçuların nəzarətində olan Cobar rayonundan atəşə tutulub. Minalardan biri səfirlik binasından 15 metr aralıya düşüb. Heç bir canlı itkimiz yoxdur”.