“İsrail İran üçün heç bir problem yarada bilməz”. Axar.az xəbər verir ki, bu açıqlama iranlı general-leytenant Seyid Yəhya Rəhim Səfəvi çıxış edib. Onun sözlərinə görə, Livan “Hizbullah”ının 80 min raketi Hayfa və Təl-Əvivə atılmağa hazır vəziyyətdədir: “İran hələ öz hərbi qüdrətinin hamısını göstərmir. İran güclüdür və istənilən təcavüzkara qarşı sərt cavab verə bilər”.