ABŞ-dan Rusiyaya xəbərdarlıq: “Cavabımız sürətli və sərt olacaq...”

22-05-2015, 20:00   
ABŞ-dan Rusiyaya xəbərdarlıq: “Cavabımız sürətli və sərt olacaq...”

Rusiyanın Ukraynada hər cür yeni təcavüzkarlığına ABŞ-ın və müttəfiqlərinin reaksiyası sürətli olacaq və ciddi nəticələr doğuracaq.

Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında ABŞ dövlət katibinin köməkçisi Erik Rubon bildirib.

“Əgər Rusiya eskalasiya kursu götürüb genişmiqyaslı hərbi əməliyyatlara qayıtsa, bunun çox ağır fəsadları olacaq – hansılar barədə ki, həm prezident Obama, həm də dövlət katibi Con Kerri və vitse-prezident Bayden xəbərdarlıq ediblər. Bu mövqe qətidir və mən deyərdim: bəli, biz cavab verməyə hazırıq” – söyləyib Dövlət Departamentinin rəsmisi əlavə edib: “Əlbəttə ki, bu cavab çox güclü olacaq”.

Rubin eyni zamanda hadisələrin bu cür inkişafının “yanlışlıq olacağını” da dilə gətirib. “Doğru yol o olardı ki, Minsk anlaşmasının yerinə yetirilməsinə keçid ediləydi” – qeyd edib Departament nümayəndəsi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.