ABŞ Hərbi Dəniz Donanmasına məxsus “USS Ross (DDG 71)” gəmisi Qara dənizə daxil olub. Axar.az xəbər verir ki, ABŞ hərbi gəmisi bu gün Bosfor boğazından keçib. ABŞ hərbçilərinin Rumıniya Hərbi-Dəniz Qüvvələri ilə birgə təlimi planlaşdırılır. Təlimlərin gedişatında birgə hücum taktikası da yerinə yetiriləcək. ABŞ Hərbi Donanmasından verilən açıqlamada Rusiya hərbi gəmisinin dəstək üçün Qara dənizə yönəldiyi bildirilib.