Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən məlum mədən faciəsindən sonra ölkədə üç günlük matəm elan olunub. Virtualaz.org azvision.az-a istinadən xatırladır kidünyanın dörd bir tərəfindən Türkiyə xalqına başsağlığı məktubları gəlir.
Təbii ki, burada dövlətlər və onların göstərdiyi diqqət daha çox rol oynayır. ABŞ Dövlət Departamentinin sözçüsü Cey Karney bu günlərdə Türkiyə xalqının yanında olduqlarını vurğulayıb.
Roma papası Fransisk isə belə günlərdə dua edilməsini istəyərək öz üzüntüsünü dilə gətirib.
İsrail səfirliyi isə respublika gününün 66-cı ildönümü ilə bağlı keçirəcəyi tədbiri ləğv edib.
Şimali İraq bölgəsinin lideri Məsud Bərzani Türkiyə baş nazirinə öz başsağlığını çatdırıb.
Məlum hadisə ilə bağlı Türkiyəyə rəsmi şəkildə başsağlığı verən ölkələri sizə təqdim edirik:
Azərbaycan
İspaniya
Qırğızıstan
İran
Şimali Kipr Türk Respublikası
Yunanıstan
Cənubi Kipr
Pakistan
Qətər
Küveyt
Fransa
Rusiya
Almaniya
Ermənistan