Şabran rayonunda 28 yaşlı gənc müəmmalı şəkildə itkin düşüb. 7 yanvar 1986-cı il təvəllüdlü Qiyas Mürsəl oğlu Zalov mayın 6-da evdən çıxıb və geri dönməyib.
Şabran Rayon Polis Şöbəsinin rəis müavini Məmmədmusa Hüseynov faktı təsdiqləyib. Onun sözlərinə görə, Q.Zalov artıq ikinci dəfədir ki, itkin düşür. Rəis müavini bildirib ki, itkin düşən 28 yaşlı gənc ruhi xəstədir, psixoloji problemləri var. Q.Zalovun ailə üzvləri onun tapılması üçün Şabran RPŞ-nə müraciət ediblər.
Hazırda itkin düşən gəncin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
Mövzunu diqqətdə saxlayırıq.