Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

YAP-da Mehdiyev- Əhmədov qarşıdurması

27-05-2015, 08:59   
YAP-da Mehdiyev- Əhmədov qarşıdurması

Prezident Administrasiyasının rəhbəri ilə baş nazirin müavini niyə üz-üzə gəlib?


Hakim Yeni Azərbaycan Partiyasında (YAP) gərginlik yaşanır. Hakimiyyət daxilindən “Azadlıq”a daxil olan məlumata görə, gərginliyin kökündə YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədovla Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin parlament seçkilərilə bağlı maraqları dayanır.
Məsələ burasındadır ki, 2003-cü il və ondan sonrakı illərdə Azərbaycanda keçirilən seçkilər Ramiz Mehdiyevin nəzarəti altında baş tutub. Xüsusilə parlament seçkilərində hakim partiyadan namizədlər seçimində PA rəhbərinin rəyi əsas götürülüb. Lakin 2005-ci ildən başlayaraq hakimiyyətdə böyük nüfuz qazanan və gücə çevrilən Paşayevlər YAP-ı nəzarətə götürmək iddiasına düşdülər. 2013-cü il prezident seçkisindən əvvəl keçirilən qurultayda Paşayevlər müəyyən mənada məqsədlərinə nail oldular. Lakin Ramiz Mehdiyevin partiyaya təsir imkanları hələ də qalırdı. PA rəhbərinin səhhətilə əlaqədar bir müddət ortada görünməməsi qarşı tərəfi hərəkətə gətirib. Artıq Paşayevlərin çətiri altına keçən Əli Əhmədov YAP-da Ramiz Mehdiyevə yaxın şəxslərdən bəzilərini öz tərəfinə çəkə bilib. Onların Paşayevləri istinadgah seçməsi Ramiz Mehdiyevin səhhətilə əlaqədar karyerasına son qoyula biləcəyi barədə gözləntiləri olub. Lakin gözləntilər özünü doğrultmayıb, Mehdiyev geri qayıdıb. Indi Ramiz Mehdiyev parlament seçkilərində ona dönük çıxanların iştirakını istəmir. Əli Əhmədov isə bunun əksinə yönəlik addımlar atır. Bu isə təbii olaraq YAP-da, həmçinin bütövlükdə hakimiyyət daxilində gərginliyə səbəb olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar