"15 yaşında olduğunu sübut etsinlər, istefa verim"- Taner Yıldız

15-05-2014, 14:12   
"15 yaşında olduğunu sübut etsinlər, istefa verim"
Somada ölən mədən işçilərindən birinin15 yaşında olduğu iddia edilmişdi.

Cəsədlərin yerləşdirildiyi soyuq hava deposunun qarşısında gözləyən bir nəfər bacısı oğlunun 15 yaşı olduğunu və mədəndə işlədiyini demişdi. Türkiyədə ən çox danışılan ürəkdağlayan mövzulardan biri də bu olmuşdu.

Enerji və təbii sərvətlər naziri Taner Yıldız isə açıqlama verərək "15 yaşında olduğunu sübut etsinlər, istefa verim" deyərək iddianı rədd etmişdi. Sosial təminat naziri Faruk Çelik də belə bir şeyin mümkün olmadığını qəti şəkildə bildirmişdi.

Türkiyənin bir jurnalisti 15 yaşında olduğunu iddia edilən Camal Yıldızın evini taparaq atası və anası ilə danışıb. Ailə bu gün dəfn edəcəklərini oğullarının 19 yaşı olduğunu deyib. Ailə oğlunun fiziki cəhətdən zəif göründüyü bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.