Ərdoğan etirazçını yumruqladı

15-05-2014, 15:33   
Ərdoğan etirazçını yumruqladı
Türkiyə baş naziri Rəcəb Tayyyib Ərdoğan etriaz edən vətəndaşı yumruqlayıb. İnsident mayın 14-də baş nazirin Manisa bölgəsindəki dəhşətli mədən faciəsi ilə bağlı həmin bölgəyə səfəri zamanı baş verib.

Dünən Manisa vilayətinin Soma bölgəsində baş verən dəhşətli partlayışdan sonra hadisə baş verən əraziyə gedən baş nazir mədənçilərin qohumlarının və yerli sakinlərin etirazları ilə qarşılaşmışdı.

Ərdoğan narazı kütlə ilə görüşərkən fitə basılmış və etirazçıların hücumuna məruz qalmamaq üçün yaxınlıqdakı marketə sığınmışdı.

Türkiyə KİV-lərində yayılan yeni görüntülərə əsasən baş nazir marketə girməyə çalışarkən etirazçılardan biri Ərdoğana yaxınlaşmaq istəyib. Mühafizəçilər həmin şəxsi itələyərək baş nazirdən uzaqlaşdırmağa çalışıblar. Bu zaman yaranan qarşıqlıqda Ərdoğan da etirazçıya ən azı iki dəfə yumruq atıb.

Baş nazirin ona yaxınlaşmağa çalışan etirazçıya necə yumruq vurduğuna dair görüntüləri Türkiyənin “Sözçü” qəzetinin saytı yazıb. Həmin görüntüləri təqdim edirik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.