Sinəni aç, gəl gündəmə. Yaxşı üsuldur – VİDEO

28-05-2015, 19:54   

Müğənnilərin soyunaraq gündəmə gəlməsi məsələsinə ötən gün də toxunmuşduq. Ancaq bu gün baş verənlər həmin mövzuya yenidən qayıtmağa vadar edir.

Azərbaycanda müğənnilər gündəmə gəlmək üçün ən qədim işin yeni üsulunu tapıblar. Belə üsullardan birini də ötən gün müğənni Səidə Sultan istifadə etdi. Space telekanalının efirində məməsini cümlə-cahanın nümayişinə çıxardı.

İstifadə etdi deyirik. Çünki Space-in efirindəki hadisənin təsadüf olduğunu iddia edə bilməz. Nə qədər desə də, çətin ki, kimsə inana.

Həmin kadrlardan aydın görünür ki, bütün ssenari həmin məmənin ortaya çıxmasına hesablanıb. Seçilən paltar və musiqi, rəqs tərzi… Hətta kadrı çəkən operatorun da bu anı gözlədiyi hiss olunurdu. Sanki operator da snayper kimi nişangahı quraraq öz hədəfinin ortaya çıxmasını gözləyirdi. Sinə açıldıqdan sonra da efirdə göründü. Halbuki efir rejissoru dərhal başqa kameraya keçirə bilərdi görüntünü.

Səidə də sinəsinin açılması üçün dəridən-qabıqdan çıxırdı. Etdiyi rəqslə hədəfə çatmadığını görən müğənni anidən qərb ritmləri altında oriental rəqsə keçdi və istədiyinə nail oldu. Səidə bunu gündəmə gəlmək üçün etdi. Sinə açıldıqdan sonra örtmək üçün elə həvəsli görünmürdü. Televiziyadakı dostları isə ona cani-könüldən yardımlarını göstərdilər.

Qərb müğənniləri də epatajlı hərəkətləri ilə gündəmə gəlirlər. Ancaq müğənnilərimiz belə davranarkən, ölkəmizin Avropadan və Amerikadan xeyli fərqləndiyini nəzərə almırlar.

Əziz müğənnilər, Cennifer Lopez sinəsini açanda ABŞ tamaşaçısı “Wow, so beautiful” deyirsə, bizim tamaşaçı gözünü yumur, ağzını açır. Heç kim sizə nə gözəldir demir bu ölkədə. Niyə belə şeyləri nəzərə almırsınız? Sizi dünyaya gətirən valideynlər yazıq deyil?

Milli.az[media=https://www.youtube.com/watch?v=3lXRkz1FAFU]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.