Lətafət Məlikova kağız-qələmi belə işçilərinə aldırır, olmayan klublara isə bərk və yumuşaq inventarlar aldığını sənədləşdirir
2006-cı ildə yaradılmış Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsi özfəaliyyət dərnəyindən heç də fərqlənmir. Bunun səbəbi kimi, rəhbərliyin yerində olmaması və fəaliyyətin həddindən artıq aşağı səviyyədə qurulması göstərilir. Lətifə Məlikovanın rəhbərlik etdiyi bu sahədə yaşanan sıxıntıların sayı hesabı yoxdur.
Qeyd edək ki, hal-hazırda rayonda 43 klub müəsisəsi, o cümlədən 1 rayon, 14 kənd mədəniyyət evi, 28 kənd klubu , 1 rayon mərkəzi kitabxanası onun 52 kənd filialı, 1 uşaq incəsənət məktəbi, Heydər Əliyev mərkəzi, tarix diyarşunaslıq muzeyi, Rəsm qalereyası, 168 tarix və Mədəniyyət abidələri, 28 turist obyekti faliyyət göstərir. Rayonun kulub müəsisələrində 114 bədii özfəaliyyət kollektivi faliyyt göstərir ki, bura 2895 nəfər həvəskar cəlb edilmişdir. Həmin kollektivlərdən ikisi xalq kollektivi adının daşıyır. Bunlar rayon mədəniyyət evinin xalq teatırı və Mahmudavar kənd mədəniyyət evinin “Halay” foklor mahnı və rəqs kollektividir ki, bu kollektiv artıq 50 ildən coxdur ki, faliyyət göstərir və dünyanın 28-dən cox ölkəsində Azərbaycanı uğurla təmsil etmişdir.
Düzdür, burada göstərilən rəqəmlərin bir çoxu formalitədir. Yəni, adı var, amma özləri mövcud deyil. Lətifə Məlikovanın «uğurlu» fəaliyyətinin nəticəsi olaraq meydana çıxan mənzərə isə daha çox gəlir əldə etmək üçün yarışdan başqa bir şeyi göstərmir. Məsələn, rayondakı bütün mədəniyyət evləri icarəyə verilib. Eyni zamanda, kəndlərin böyük əksəriyyətində nə kitabxana var, nə də kitab.
Turizm sahəsindəki vəziyyətə gəldikdə isə burada Lətifə xanımın ümumiyyətlə, heç bir xidməti mövcud deyil. Ona görə ki, rayon hələ sovet dövründən turizm mərkəzi olaraq tanınıb. Amma bütün bunlara baxmayaraq, Masallı Mədəniyyət və Turizm Şöbəsindəki yeyinti hallarının sayıt-hesabı yoxdur. Məsələn, ötən il avadanlıqların satın alınması üçün guya, 42995 manat sərf edildiyi sənədlərdə qeyl olunur. Amma hansı avadanlıq və hara üçün alındığı məlum deyil.
Hər il bərk inventar alan şöbə bu il də «əliboş» qalmayıb. Bu dəfə 60495 manat pul ayrılıb. Amma maraqlıdır ki, bu inventar hansı kluba, mədəniyyət evinə və ya kitabxanaya verilib.
Bundan başqa, digər maşın və avadanlıqların satın alınmasına 60798 manat, cari təmir işlərinə 49850 manat, idarənin xərcləri üçün 10658,82 manat, əsaslı təmir işlərinə 24755,66 manat, habelə yumşaq inventarların satın alınmasına 15495 manat ayrıldığı sənədlərdə vurğulanır. Di gəl, bu qədər pulun təyinatı üzrə xərcləndiyinə kimsə inanmır.
Lətafət Məlikovanın dəftərxana ləvazimatları üçün 21000 manat xərcləyəcəyi isə deyənləri heyrətə gətirib. Onlar bildirirlər ki, şöbənin müdiri kağızı belə işçilərinə aldıtdırmağı çox sevir.
Qarşı tərəfi də dinləməyə hazırıq.
/xalqxeber.az/