Məşhur model gizli çəkilən porno videosu ilə şantaj olundu - FOTO

29-05-2015, 22:36   

“Davamı gələcək, sırada nə olacağı sənə aiddir”..

İngilis model April Summers Naushad Faruk adlı realiti şou ulduzu tərəfindən foto-çəkiliş etmək bəhanəsi ilə aldadılıb.

Oxu.Az xarici mətbuata istindən xəbər verir ki, 27 yaşlı gözəl modelə çəkilən şəkillərin məşhur dərgi “Loaded”da nəşr olunacağı yalanı deyilib.

Faruk modelin geyimini dəyişdirdiyi otağa gizli kamera yerləşdirib.

Daha sonra videonu Summersin Facebook səhifəsinə göndərən Faruk “Davamı gələcək, sırada nə olacağı sənə aiddir”,- deyə qeyd yazıb.

Polisə bu baradə xəbər verən Summers, Farukun həbs olunmasını tələb edib. Farukun kompyuterində olan videonun hamısı ələ keçirilib.

Qolunda Summersin döyməsi olan Faruk 42 ay həbs cəzası alıb.

Yaşadıqları haqqında ilk dəfə danışan April Summers, Farukun ona evlənmək üçün yalvardığını söyləyib.

Foto-çəkilişinin saxta olduğunu anlayınca Faruku axtaran Summers, sevgili olduqları dövrdə sekslə məğul olarkən Farukun həmin anları gizlicə videoya çəkdiyini öyrənib və şantaja məruz qaldığını deyib.

Bütün yaşadıqlarını artıq geridə qoyduğunu deyən Summers cəsur olduğu üçün xoşbəxt olduğunu söyləyib.


Məşhur model gizli çəkilən porno videosu ilə şantaj olundu - FOTO




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.