Cəmşid Naxçıvanski adına Hərbi Liseydə rüşvətQALMAQALI

15-05-2014, 15:44   

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kapitanı kursantların valideynlərindən rüşvət tələb edib.

Bu haqda Qaynar.info-ya valideynlərdən bir neçəsi məlumat verib.

Onların sözlərinə görə, 3-cü bölüyün 3-cü tağımının komandiri Orxan Hüseynov valideyinlərdən külli miqdarda rüşvət alıb. Bəzi valideyinlərdən isə pul ala bilmədikdə onların övladlarını hərbi məktəbdən qovacağı ilə hədələyib.

Valdeyinlər bildirirlər ki, Orxan Hüseynovla bu məsələsni bir neçə dəfə müzakirə ediblər və imkansız olduqlarını xatırladıblar. Amma Orxan Hüseynov onların dediklərinə əhəmiyyət verməyib. Bu hal bir neçə dəfə təkrar olunub.

Qeyd edək ki, bununla bağlı əlimizdə digər faktlar da var. Hazırda həmin faktlarla bağlı araşdırmalar aparırıq.

Orxan Hüseynovla əlaqə saxlamaq üçün cəhd etsək də, onun mövqeyini öyrənə bilmədik.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.