“Heç bir töhmət və ya xəbərdarlıqdan söhbət gedə bilməz”. Bu sözləri müğənni Səidə Sultan Milli Televiziya və Radio Şurasının onun haqda arayış tərtib etməsilə bağlı Axar.az-a danışarkən deyib: “Neynəyəcəklər ki mənə bu arayışla? Mənim bu arayışdan xəbərim yoxdur. Kanal rəhbərliyi isə hadisə ilə bağlı məni çağırıb, sadəcə, söhbət etdi. Heç bir töhmət və ya xəbərdarlıqdan söhbət gedə bilməz. Dedilər ki, bu, rejissorun günahıdır, sənin yox. Belə bir şey baş verirsə, onu rejissor görüb xəbər etməlidir ki, özünü düzəlt. Kanal rəhbərliyi gördü ki, bu, qəzadır və mən qurbanam. Buna görə məni qovmayacaqlar ki? Məni asıb-kəsməyin mənası yoxdur. Əgər artıq hərəkətim olsaydı, nəsə səhv bir söz desəydim, onda arayış tərtib edərdilər. Arayış yazmağın heç yeri də yoxdur axı. Adam nə qədər sahibsiz, yiyəsiz, alçaq olmalıdır ki, efirdə bilə-bilə bunu etsin? Bu, ani olan bir qəza idi”. Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov Axar.az-a açıqlamasında məsələ ilə bağlı arayış tərtib edildiyini bildirmişdi.