Bu il 13-cü “Mawazine Musiqi Festivalı” Mərakeşdə keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, festivala qatılan məşhur pop ulduz Jennifer Lopezin geyimi qalmaqal yaradıb. Səhnəyə cəsarətli geyimlə çıxan Ceniferin geyiminə hakim partiya reaksiya verib.
Ədalət və İnkişaf Partiyası millət vəkili və hökumət sözçüsü Mustafa Half müğənninin festivalın məzmununu, televiziya qayda-qanunlarını pozduğunu söyləyib. Mərakeş mediasında Jennifer Lopezin “ədəbsiz hərəkətlər etdiyi və çox açıq geyindiyi” başlıqlı tənqidi yazılar öz əksini tapıb.
Hökumət və medianın bu reaksiyalarına baxmayaraq, festivala tamaşaçı marağı çox olub.