İlham Əliyevdən qəfildən seçki hazırlıqları: YAP siyahısına qadağalar

3-06-2015, 10:20   
İlham Əliyevdən qəfildən seçki hazırlıqları: YAP siyahısına qadağalar

Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev 2015-ci ilin parlament seçkilərində hakim partiyanı təmsil edəcək namizədlərin siyahısını hazırlamaq tapşırığı verib. Artıq partiyanın icra katibliyi ilkin siyahını hazırlamaq üçün fəaliyyətə başlayıb. Bu barədə istiqlal.az-a YAP-dakı mənbələrdən məlumat daxil olub.
Mənbənin sözlərinə görə, YAP-ın namizədlər siyahısı yeni kriteriyalar üzrə hazırlanır. Bu kriteriyalar əsasında aşağıdakı qruplar birmənalı olaraq siyahıya düşməyəcək.
1. Universitet rektorları, eləcə də təsərrüfat fəaliyyəti göstərən müəssisələrin rəhbərləri;
2. Biznesmenlər, bank rəhbərləri;
3. 4 dəfə deputat seçilmiş və yaşı 70-dən yuxarı şəxslər;
4. Seçildiyi dövrdə danışmayan, hakimiyyətin siyasətini müdafiə edə bilməyən şəxslər.
Mənbənin sözlərinə görə, bu kriteriyalar istisnasız olaraq hamıya tətbiq ediləcək və siyahının təxminən 70 faiz yeniləşəcəyi gözlənilir: “YAP rəhbərliyinin monitorinqinə görə, YAP-çı deputatların cəmi 8 nəfəri fəal olub, hakimiyyətin siyasətin təbliğ və müdafiə etməyi bacarıb, qalanlarının fəaliyyəti isə passiv olub və partiyaya heç bir dividend gətirməyib. Yeni siyahıda bu şəxslərə yer olmayacaq”.
Mənbə deyir ki, YAP sədrinin namizədlərin siyahısını hazırlamaq tapşırığını I Avropa Oyunlarından sonra veriləcəyi gözlənilsə də, qəfil göstəriş gəlib və partiya artıq namizəd siyahılarını hazırlamaq üçün səfərbər edilib. İcra katibliyinə tapşırılıb ki, namizədlərin ilkin siyahısını 1 ay müddətinə hazırlayaraq sədrə təqdim etsin.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.