İlhamə Quliyeva hönkür-hönkür ağladı

4-06-2015, 16:16   
İlhamə Quliyeva hönkür-hönkür ağladı
Xalq artisti İlhamə Quliyeva medianı başına toplayıb ilk Avropa Oyunlarına həsr etdiyi "Yaşa idman bayramı" klipinə təqdimat mərasimi keçirib.

ANS PRESS-in məlumatına görə, bəstəkar Tahir Əkbərin şair Baba Vəziroğlunun sözlərinə bəstələmiş mahnını klipmeyker Nail Naiboğlu ekranlaşdırıb.

Primadonna klipin ərsəyə gəlməsindən danışarkən kövrəlib. Göz yaşlarını saxlaya bilməyən xalq artisti musiqini ilk dəfə dinləyərkən, klipə izləyərkən hönkür-hönkür ağladığını dedi:

"Baba Vəziroğlunun sözlərini, Tahir Əkbərin musiqisini dinləyəndə çox kövrəldim. Klipi izləyəndə isə hönkür-hönkür ağladım. Nail klipi diskdə gətirdi bizə, monitora qoşdu və başladıq izləməyə. Elə ilk kadrları izlədikdə özümü saxlaya bilmədim, başladım ağlamağa. Təbii ki, göz yaşlarım qürur, sevinc hisslərindən axırdı.

Bu mahnı I Avropa Oyunlarının bir himnidir. Mən də dövlətimizin belə bir günündə bu mahnı ilə öz töhfəmi verirəm. Bu böyük işdir".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.