Vətəndaşlardan Prezidentə: “Rədd ol burdan!”

15-05-2014, 18:23   
Vətəndaşlardan Prezidentə: “Rədd ol burdan!”
Türkiyə Prezidenti Abdullah Gül Somada faciənin baş verdiyi mədənə gedib. Abdullah Gül mədənə gəlmədən əvvəl şaxta ətrafında olan vətəndaşlar həmin sahədən çıxarılıb. Vətəndaşlar mədənin sahəsindən çıxarılarkən Gülün qorumaları ilə kənarlaşdırılmasına göstəriş verilən şaxtaçıların qohumları arasında gərginlik baş verib. Vətəndaşlar Prezidentin qorumalarla gəlməsinə sərt reaksiya verib: "Bu qədər qoruma nəyə lazımdır? Kimdən qorxursan? Sənə görə qurtarma qrupları işləmir. Bizə polis deyil, qurtarma qrupu lazımdır. Rədd ol buradan!.." Qeyd edək ki, Somada baş verən partlayışda 282 nəfər ölüb. Axtarışlar davam etsə də, hələ ki, şaxtada qalanlar var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.