Təxminən bir ay bundan öncə Beyləqan rayonunda nartotika ticarətinə qarşı əməliyyat keçirilib. MTN tərəfindən keçirilən bu əməliyyatla bağlı cumhuriyyet.az-a ilginc məlumatlar daxil olub. Belə ki, rayondakı mənbələrdən redaksiyamıza daxil olan məlumata görə əməliyyat zamanı 4 kq. heroinlə birgə həbs edilən Ağayev Xankişi Əvəz oğlu Beyləqan rayon Yuxarı Çəmənli kənd icra nümayəndəsi imiş. Əmma olayın diqqət çəkən tərəfi yalnız narkotika ilə həbs olunan şəxsin dövlət məmuru olması ilə yekunlaşmır.
Rayondakı mənbələrin cumhuriyyet.az-a bildirdiyinə görə X.Ağayevin uzun müddətdir nartoticarətlə məşğul olduğu deyilir. Bütün bu illər ərzində özünə böyük kapital toplamış icra nümayəndəsi nədənsə bu vaxta qədər toxunulmaz qalıb. Amma indiki həbs zamanı da Ağayev humanizmdən kənarda qalmayıb. Məsələ burasındadır ki, hazırda məhbus olan icra nümayəndəsinin bir oğlu – polis leytenantı Əvəz Ağayev Beyləqan rayon Aşqallar kəndində sahə inspektoru vəzifəsində çalışır. Onu da bildirək ki, atasının yaşadığı kənd də polis zabitinin sahəsinə daxildir. İş bununla da bitmir. Narkotikaya görə həbs olunan ata bütün illər ərzində sahə müvəkkili olan oğluyla bir evdə yaşayıb. Maraqlı situasiyadır: polis zabitinin nəzarət etdiyi kənddə, onunla bir evdə yaşayan atası narkotika ticarəti ilə məşğul olurmuş və bundan sahə müvəkkilinin xəbəri olmayıb. Nə qədər inandırıcı görünür? Hətta belə olan təqdirdə həmin polis zabiti işinin öhdəsindən lazımınca gələ bilmədiyinə görə orqan sıralarından kənarlaşdırılmalı idi. Amma illər uzunu bu sirri gizli saxlayanlar bu problemə də çarə tapb. Belə ki, məlum biznesdən toplanan kapital hesabına saxta yolla hadisə baş verən vaxt, yəni həbs əməliyyatı keçirilən gün oğul polisin guya məzuniyyətdə olduğu, yəni vəzifə başında olmaması haqda sənəd yazılıb. Eyni zamanda X.Ağayev də istintaqa ifadəsində əvvəllər heç vaxt bu işlə məşğul olmadığını bu halın isə “təsadüf” olduğunu bildirib. Beləliklə də, məmur atanın xilası mümkün olmasa da oğul polis sudan quru çıxarılır. Onu da bildirək ki, X.ağayevin digər övladları da müəyyən vəzifələrdə çalışır. Bir oğlu Ağayev Əli Sərhəd Qoşunlarının zabiti, digər oğlu Ağayev Vüqar isə FHN əməkdaşıdır…
Mövzu ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik…